Dünya

Bu qadın nazir böyük qalmaqal yaratdı - FOTO

30 Avqust 2014 13:03
0 Şərh     Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada formalaşan yeni sosial-liberal hökumət ilk toplantısını keçirib.
 

Milli Təhsil Nazirliyində isə Benua Hamonun vəzifəsindən kənarlaşdırılmasından sonra nazir postuna təyin olunmuş 36 yaşlı Najat Vallau Belkacem diqqət çəkib.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, mərakeşli mühacirlərin ailəsində doğulmuş Belkacem indiyədək qadın hüquqları və gender bərabərliyi naziri idi. Fransadakı mühafizəkarlar Belkacemi eyni cinsdən olan insanların arasındakı nikahların rəsmiləşdirilməsi və məktəblərdə bununla bağlı kursların keçilməsinin qatı dərəfdarı olmaqda suçlayaraq onu sərt tənqid edirlər.
 

2002-ci ildə böyük siyasətə gələn Najat Vallau Belkacem əvvəllər Fransa Sosialist Partiyasının sədri Seqolen Ruayalan, sonra da Fransua Ollandın prezident seçkilərindəki təbliğat kampaniyalarında əsas fiqurlardan biri olmuşdu.
 

Onun təhsil naziri postuna təyinatı isə fransız mühafizəkarları "cin atına mindirib".
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.