Dünya

Separatçılar Ukraynanın dörd qırıcısını vurdular

30 Avqust 2014 10:09
0 Şərh     Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Su-25 təyyarələri zenit raket komplekslərindən vurulub

Dünən rusiyameylli separatçılar Ukrayna Silahlı Qüvvələrinin aviasiyasının dörd "Su-25" qırıcı təyyarəsini vurublar.

Anspress-in məlumatına görə, onlardan biri "Luqansk Xalq Respublikası"nın ərazisində, üçü isə "Donetsk Xalq Respublikası"nın ərazisində vurulub.

"DXR"-in "baş naziri" Aleksandr Zaxarçenkonun sözlərinə görə, bütün təyyarələr gecə zenit raket kompleksləri tərəfindən vurulub. İki qırıcı "DXR" ordusunun nəzarət etmədiyi Mariupol yaxınlığında yerə düşməyi bacarıb.

Rusiya mətbuatının məlumatına görə, dünən vurulmuş dörd qırıcını da nəzərə alaraq Ukrayna ordusu artıq cənub-şərqdə münaqişə zamanı 25 ədəd "Su-25" itirib. Təsdiq edilməmiş məlumatlara görə, hərbi əməliyyatın başlanğıcında Ukraynanın ordusunda döyüş növbəsində təxminən 35 ədəd "Su-25" və onun modifikasiyaları var idi.

Ukrayna Müdafiə Nazirliyi bu modeldən yalnız altı qırıcısını itirdiyini təsdiq edib. Ukrayna aviasiyasının Donetsk ərazisində əməliyyatlar zamanı toplam olaraq təsdiq edilmiş itkiləri təxminən 20 maşın təşkil edir: onların arasında iki qırıcı "Miq-29", bir cəbhə bombardmançısı "Su-24", bir "İl-76" və "An-30", dörd çoxməqsədli "Mi-8" vertolyotu və dörd "Mi-24" var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.