Dünya

İŞİD-dən daha bir edam - VİDEO 18+

30 Avqust 2014 11:20
0 Şərh     Baxış: 1 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD edam nümayiş etdirən daha bir video yayıb

Prezident Barak Obamanın ABŞ-ın Suriyadakı ekstremistlərə qarşı mümkün hava hücumlarını arxa plana keçirməsindən bir gün sonra "İslam Dövləti"nin yaraqlıları daha bir nəfərin başının kəsildiyi əks etdirilən video yayıblar.

Anspress-in məlumatına görə, "SITE" kəşfiyyat qrupu üç maskalı şəxsin ələ keçirdikləri kürd əsgərinin başını kəsdikləri videonu yayımladığını bildirib.

Monitorinq xidməti videonun kürdlərin lideri Məsud Barzanini ABŞ qüvvələri ilə ittifaqa son qoymaq üçün xəbərdarlıq xarakteri daşıdığın güman edir.

Bu arada prezident Barak Obama "İslam Dövləti"nin yaraqlılarını İraqda əldə etdikləri mövqelərdən geri çəkməyin onun üçün prioritet olduğunu deyib.

Obama müxbirlərə hələlik heç bir strateji planın əldə edilmədiyini bildirib. Lakin prezident İraq və Suriyada böhranla mübarizə üçün koalisiya qurulması istiqamətində müzakirələrin aparıldığını deyib.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.