Dünya

Jirinovskidən daha bir sərsəmləmə: "Rusiya Qazaxıstanı tutmalıdır"

30 Avqust 2014 09:51
0 Şərh     Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski daha bir sərsəm açıqlama ilə gündəmə gəlib. Siyasətçi hesab edir ki, Rusiya Qazaxıstanı tutmalıdır. Milli.Az-ın məlumatına görə, bu barədə o, "Exo Moskvı" radiosuna bildirib.

Onun sözlərinə görə, Qazaxıstanda bütün dərsliklərdə anti-rus əhval təbliğ edilir.

"Rusiya Qazaxıstanı işğal etməyib, yardıma gəlib. Cunqarlar qazaxları qırırdılar. Rus ordusu cunqarları Çinə qovdu", - o əlavə edib.

"Qazax ulusları rus çarına müraciət etdilər, yalvardılar, ayaqlarına düşdülər ki, xilas edin bizi", - Jirinovski deyib.

Bununla belə, siyasətçi bildirib ki, Qazaxıstan məsələsini bir qədər yubatmaq olar.

"Hələ ki, gözləyəcəyik. Qoy Ukrayna məsələsini həll edək", - o vurğulayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.