Dünya

Pentaqon rəhbəri Gürcüstana gəlir

30 Avqust 2014 11:42
0 Şərh     Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çak Hegel Gürcüstan səfəri zamanı Ukrayna böhranın müzakirə edəcək

Pentaqon rəhbəri Çak Hegel gələn həftə Gürcüstana səfər edəcək.

Anspress-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi xəbər yayıb.

Yayılan rəsmi xəbərdə bildirilir ki, o, Gürcüstanlı həmkarı İrakli Alasaniya ilə Ukrayna böhranın müzakirə edəcək. Kirbinin bildirdiyinə görə, "Hegel birinci dəfə olaraq ABŞ müdafiə naziri kimi Gürcüstana səfər edəcək". Kirbi buna əlavə edərək bildirir ki, Ukraynadakı vəziyyət nazirin səfəri zamanı gündəlikdə olan əsas mövzulardan olacaq.

Pentaqonun mətbuat katibi əlavə edib ki, Gürcüstan ABŞ-ın əsas əməkdaşlarındandır: "Gürcüstan silahlı qüvvələri Birləşmiş Ştatların Əfqanıstan və İraqda dəyərli əməkdaşı olub".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.