Dünya

Ebola virusu qadağaya səbəb oldu

30 Avqust 2014 09:16
0 Şərh     Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrikada qorxu hər gün davam edir

Senatda əl verib görüşmək qadağan edilib.

Anspress-in məlumatına görə, Konqo Demokratik Xalq Respublikasında senat üzvlərinə ünvanlanan fərmanda Ebola virusunun yayılmasına mane olmaq məqsədilə əl verib görüşməkdən imtina edilməsi tələb olunub.

Son olaraq Seneqalda da virusun aşkar edilməsi digər Afrika ölkələrini də qorxuya salıb. Artıq qitənin 5 ölkəsində virus daşıyıcıları var.

Virus - tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.

Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, artıq bu dəhşətli xəstəlikdən 500-dən çox insan dünyasını dəyişib, 3 minə yaxın insan virus daşıyıcısıdır. Təşkilatın ehtimallarına görə, simptomları kəskin malyariyaya bənzəyən bu xəstəliyə yaxın zamanda 20 min insan yoluxa bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.