Dünya

Avropada yeni vulkan təhlükəsi - FOTO

30 Avqust 2014 09:52
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslandiyada Bardarbunqa vulkanının püskürməsi davam edir.
 

Milli.Az Agence France-Presse-ə istinadən bildirir ki, İslandiya Meteorologiya Bürosundan verilən məlumata görə, vulkanın püskürməsi dünən gecəyarısı başlanıb. Radarlar hələlik səmada vulkanik külün miqdarının ifrata çatmasını qeydə almayıblar.
 

Maqma srağagün Holuhreyn platosunda yaranmış çatdan səthə çıxmağa başlanıb. Bu çat Bardarbunqa vulkanından onlarla kilometr kənarda, Vatnayekudl buzlağının yaxınlığında yerləşir.
 

Bu səbəbdən də püskürmə Bardarbunqa vulkanının olduğu buzlağın əriməsinə səbəb olmayıb.
 

İslandiyada indi ən yüksək, "qırmızı" səviyyəli təhlükə elan olunub. Bölgədə 5,4 km yüksəkliyə qədər uçuşlar qadağan olunub.
 

Ekspertlərin dediklərinə görə, Bardarbunqa vulkanının püskürməsi ilə bağlı Avropa ölkələrinin aviaşirkətlərinin uçuşları üçün böyük təhlükələr yaranıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.