Dünya

Avropada daha bir vulkan ayıldı

29 Avqust 2014 17:26
0 Şərh     Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İslandiyada ötən gecə baş vermiş bir neçə zəlzələdən sonra ölkədəki ən böyük vulkanlardan olan Bardarbunqa püskürüb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə AFP məlumat yayıb.

Müxətəssislərin sözlərinə görə, püskürmə gecə yarısı başlayıb. Püskürmə baş verən ərazidə 5500 metr yüksəkliyə qədər hissədə hava uçuşlarına qadağa qoyulub.

Hələlik vulkanik kül görünmür, ancaq yaxın zamanlarda ərazi səmadan da araşdırılacaq.

Ötən həftə hökumət vulkan təhlükəsi ucbatından Vatnayokudl buzlağından bir neçə yüz nəfəri təxliyyə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.