Dünya

Ukrayna prezidenti Almaniya kanslerindən kömək istəyib

29 Avqust 2014 14:21
1 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Pyotr Poroşenko ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub

APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, söhbət zamanı tərəflər Donbasdakı vəziyyəti və münaqişənin sülh yolu ilə həlli imkanlarını müzakirə ediblər.

P. Poroşenko Almaniya kanslerini beynəlxalq arenada Ukraynaya dəstək verməyə çağırıb. A. Merkel isə Ukrayna prezidentini əmin edib ki, avqustun 30-da Avropa Şurasının növbəti toplantısında Almaniya məsələ ilə əlaqədar atılacaq addımları birmənalı şəkildə dəstəkləyəcək.

"Avropa Ukrayna ilə həmrəyliyini nümayiş etdirməlidir", - deyə Merkel vurğulayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.