Dünya

BMT Təhlükəsizlik Şurası Şərqi Ukraynadakı vəziyyətlə əlaqədar toplantı keçirdi

29 Avqust 2014 13:54
0 Şərh     Baxış: 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT Təhlükəsizlik Şurası Şərqi Ukraynadakı vəziyyətlə əlaqədar təcili toplantı keçirib

APA-nın BMT-nin rəsmi saytına istinadən xəbərinə görə, toplantıda BMT Siyasi işlər üzrə məsul katibinin müavini Cefri Feltman BMT TŞ üzvlərinə Ukraynadakı ən son vəziyyət barədə məlumat verib.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi səfir Qrant çıxışında rus əsgərlərinin son 72 saatda Ukraynanın şərqini işğal etdiklərini deyək, oradakı Rusiya hərbi birləşmələrinin zirehli vasitələr, topçu birlikləri və hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmuş min əsgərdən ibarət olduğunu qeyd edib. Bazar ertəsi Ukrayna ərazisində 10 rus əsgərinin saxlanılmasını xatırladan səfir Qrant bu faktın Rusiya tərəfinin Ukraynaya müdaxilə etməklə bağlı xəbərləri təkzib etməsinə qarşı tutarlı fakt olduğunu bildirib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pover Rusiya tərəfini qarşıdurmanı dayandırmağa çağırıb:

"Rusiyanın Krımı işğal etməklə beynəlxalq hüququ pozduğunu dəfələrlə demişdik. Bunu 11 ölkədən günahsız kişi, qadın, uşaq və körpələrin həyatı bahasına başa gələn "Malayziya Hava Yolları"na aid təyyarənin vurulması zamanı da söylədik. Bu gün isə rus əsgərlərinin, tankların, hava hücumundan müdafiə sistemlərinin və top dəstəyinin separatçılara dəstək olmasının vəziyyəti nə dərəcədə kəskinləşdirdiyini və yeni bir cəbhə açdığını bir daha söyləyirik. Ciddi müzakirələrə ehtiyac var, lakin Rusiyanın yalana son verməsi və qarşıdurmanı qızışdırmaqdan çəkinməsi çox önəmlidir".

BMT TŞ-nin üzvü olan digər ölkələr də Rusiyanı dərhal Ukraynadan çəkilməyə çağıraraq, Rusiyanın son addımlarını qınadıqlarını ifadə ediblər.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin isə yığıncaqda Ukrayna hökumətinin separatçıları deportasiya etdiyini bildirib: "Bunun nə cür bir nəticəyə səbəb ola biləcəyini dərk etdinizmi? Biz bölgəmizi yaxşı tanıyırıq. Biz əlaqələrimizin nə qədər yaxın olduğunu bilirik. Baş verənlər hadisələrin nə dərəcədə kəskinləşə biləcəyinə dair bir nümunədir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.