Dünya

Ermənistanda polis rəisi orduya yardım adı altında külli miqdarda ərzaq və siqareti mənimsəyib

29 Avqust 2014 12:10
0 Şərh     Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Artik şəhərinin polis rəisi Tiqran Petrosyan orduya yardım adı altında külli miqdarda ərzaq və siqaret məhsullarını mənimsəyib

APA-nın Ermənistanda nəşr olunan "Joxovurd" qəzetinə istinadən verdiyi xəbərə görə, polis rəisi yerli sakinləri və mağaza sahiblərini döyüş növbəsində dayanan hərbçilər üçün ərzaq və siqaret toplamağa çağırıb.

T. Petrosyan bildirib ki, toplanan ərzaq və siqaret məhsullarını cəbhə xəttində qulluq edən hərbçilərə şəxsən özü çatdıracaq. Lakin sonradan məlum olub ki, polis rəisi yığılan ərzaq və siqareti heç yerə göndərməyib və mənimsəyib.

Polis rəisi isə qəzetin sorğusuna cavabında hadisə baş verən vaxt məzuniyyətdə olduğunu deyib və digər sualları cavablandırmaqdan imtina edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.