Dünya

ABŞ "İslam dövləti"nə qarşı beynəlxalq koalisiya yaradır

29 Avqust 2014 12:22
0 Şərh     Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ "İslam dövləti"nə qarşı beynəlxalq koalisiyanın yaradılması planı üzərində işləyir

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında qurumun sözçüsü Cen Psaki deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton koalisiyanı Avropa ölkələri, ərəb dünyası və "İslam dövləti"nə qarşı mübarizəyə qoşulmağa hazır olan ölkələrlə birlikdə yaradacaq.

"Həm humanitar, həm hərbi, həm də diplomatik sahədə səylər göstərmək lazımdır. Bu səylər yalnız təkcə ABŞ-dan yox, digər ölkələrdən də gəlməlidir. Artıq bu istiqamətdə Avstraliya, Kanada, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və digər ölkələrdən dəstək almışıq", - deyə C.Psaki əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.