Dünya

43 sülhməramlı əsir düşdü

29 Avqust 2014 11:04
0 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Suriyanın Holan hündürlüklərində BMT-nin 43 sülhməramlısı suriyalı döyüşçülərə əsir düşüb. Bundan başqa, 81 "mavi kaskalının" silahlıların mühasirəsində olduğu güman edilir. BMT rəsmisi sülhməramlı hərbçilərin azad edilməsi və demilitarizasiya zonasında sərbəst keçidlərini təmin etmək üçün əlindən gələni etdiyini bildirib. Əsirlərlə bağlı insident İsrail sərhədləri yaxınlığında suriyalı üsyançılarla Bəşər Əsəd qüvvələri arasında gedən qızğın döyüşlərdən sonra yaranıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Suriyada 3 ildən çox davam edən vətəndaş müharibəsi dövründə "mavi kaskalılar" bir neçə dəfə döyüşçülərə əsir düşüblər. Qeyd edək ki, BMT-nin sülhməramlı missiyası 1974-cü ildən bəri Suriya ilə İsrail arasında atəşkəs rejiminin qorunmasına nəzarət edir.

Bu arada son bir neçə gün ərzində Suriya ordusunu onlarla hərbçisi "İslam Dövlət" qruplaşmasının döyüşçüləri tərəfindən kütləvi şəkildə edam edilib. Əsgərlər bazar günü islamçıların Tabke aviabazasını tutmasından sonra əsir düşüb. Təxmini rəqəmlərə görə, 135 nəfərə yaxın Suriya hərbçisi İŞID cəlladları tərəfindən edam olunub. Edamı göstərən videogörüntülər internetdə yayıldığı bir vaxtda, Kürd Peşmərgə qüvvələri İŞID döyüşçülərini həmlə ilə Mosul şəhərinin strateji rayonlarından birindən geri çəkə bilib. Ancaq ekstremistlər ölkənin cənubunda 3 neft mədənini oda veriblər. Digər mənbələrə görə, İŞID döyüşçüləri neft emalı zavodu və neft sisternalarını yandırıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.