Dünya

Kiyev və Mariupolda camaat ayağa qalxdı

29 Avqust 2014 11:25
1 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kiyevdə Ukrayna Müdafiə Nazirliyi qarşısında yüzlərlə qəzəbli ukraynalının iştirakı ilə etiraz aksiyası keçirilib.

Anspress-in məlumatına görə, aksiyada iştirak edən nümayişçilər separatçılarla mübarizəyə Ukrayna hökumətinin əlavə qüvvələr və ağır hərbi texnika yollamasını tələb ediblər. Nümayiş iştirakçıları əllərində "Təcili əsgərlərimizin imdadına çatın" şüarlı plakatlar tutub.

Onlar eyni zamanda, məmurlardan öz "rahat otaqlarından" çıxıb, ön cəbhəyə yollanmalarını istəyib. Etirazdan əvvəl Donbas bölməsinin komandiri döyüşçülərinin separatçılar tərəfindən mühasirəyə alındığını və silah-sursatlarının tükənmək üzrə olduğunu bildirmişdi.

Bu arada Donetsk vilayətinin ikinci ən iri şəhəri sayılan Mariupolda minlərlə sakin, müharibənin getməsinə rəğmən, milli birliyə dəstək vermək üçün küçələrə axışıb. Ukrayna bayraqlarına sarılan insanlar Rusiyanın qəsbkarlıqda ittiham edən siyasətçilərin nitqlərinə qulaq asıb. Milli himn oxunan zaman bəziləri gözyaşlarını saxlaya bilməyiblər.

Bəziləri baş verənlərə görə birbaşa Rusiya lideri Vladimir Putini pisləyib. Etirazçılardan biri bildirib ki, Putin hadisələrə müdaxilə etməsəydi, böhran çoxdan dinc şəkildə yoluna qoyulacaqdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.