Dünya

Səfir qızını dəyənəklə döydü

29 Avqust 2014 11:16
1 Şərh     Baxış: 1 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səfirin qızını döyərək xəstəxanalıq etdiyi bildirilir

ABŞ-ın paytaxtı Vaşinqtonda qonşuların şikayəti ilə Ekvator Qvineyası səfirliyinə gedən polislər diplomat tərəfindən taxta dəyənəklə döyülmüş bir gənc qız aşkar ediblər.

Anspress-in məlumatına görə, gənc qızın Qərbi Afrika ölkələrindən olan Ekvator Qvineyasının ABŞ-dakı səfiri Ruben Maye Nsue Manquenin qızı olduğu məlum olub.

Manquenin diplomatik toxunulmazlığı olduğu üçün haqqında cinayət işi açılmayıb.

Polis sözçüsü Dastin Sternbek bildirib ki, başında bir kəsik, üzündə yaralar olan və bədəninin hər yeri "göyərmiş" şəkildə aşkar edilən qızı xəstəxanaya çatdırıblar.

Qeyd edək ki, qonşuların bundan əvvəl də polisə səfir Manquenin ailədaxili zorakılıq etməsi ilə bağlı şikayət etdiyi bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.