Dünya

"İŞİD"dən daha bir edam - VİDEO 18+

29 Avqust 2014 13:02
0 Şərh     Baxış: 5 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İraqın Anbar vilayətində 'Sahva Gücləri' üzvü olduğu iddia edilən 4 nəfər İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı üzvləri tərəfindən güllələnərək qətlə yetirilib.

Anspress-in məlumatına görə, İŞİD terror təşkilatı Suriya və İraqda həyata keçirdiyi fəaliyyət ilə edamlar edib görüntüləri sosial şəbəkədə yaymağa davam edir. İraqın Anbar vilayətində ələ keçirdikləri "Sahva" üzvü olduqları iddia edilən 4 adamı sorğulayan terror təşkilatı üzvləri, onlara məcburən, döyərək "Sahva" üzvü olduqlarını etiraf etdirməyə çalışırlar.

Videoda danışıqlarına əsasən, Tunis, Mərakeş və misirli olmaları ehtimal edilən İŞİD üzvləri 4 nəfərə silah gücü ilə 'İslam Dövləti əbədidir' dedirtmək istəyir. Bu zaman döyülənlərdən biri və daha sonra digər üçü ilə birlikdə yolun kənarında gülləyə tutularaq edam edilir.

Qeyd edək ki, sünni ərəb tayfa mənsublarından ibarət olan "Sahva Gücləri" 2007-ci ildə ABŞ tərəfindən qurulan silahlı asayiş qoruyucusu təşkilatıdır və "İŞİD" üzvlərinin bir nömrəli düşmənləri sırasındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.