Dünya

Əxlaqsız müəllim şagirdinə təcavüz etdi - FOTO

21 Avqust 2014 15:06
4 Şərh     Baxış: 6 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Arkanzas ştatında 32 yaşlı qadın müəllim 13 yaşlı şagirdinə təcavüz etməkdə suçlanaraq həbs olunub.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Arkanzas ştatının Brenton şəhərində yerləşən "Siloam Springs Intermediate School"da dərs deyən 32 yaşlı Meri Feyt MakKormik şagirdlərindən birini, 13 yaşlı oğlanı tovlayaraq onu zorlayıb, sonra 3 ay ərzində həmin yeniyetmə ilə dəfələrlə cinsi əlaqədə olub.
 

MakKormik ona qarşı irəli sürülən iddiaları rədd edib: "Sonradan öyrəndim ki, bu oğlan iki dostu ilə söhbətində məni tovlayaraq cinsi əlaqədə olacağı ilə bağlı mərcə giribmiş. Həmin axşam evimə gəldilər. Adi haldı - şagirdin müəllimin evinə gəlməsində qeyri-adi heç nə yoxdur. Amma bu yaramaz içkimə yuxu dərmanı ataraq məni zorlayıb".
 

Polis isə tərbiyəsiz müəllimin dediklərini yalan sayır. Çünki 13 yaşlı oğlanın mobil telefonunda Meri Feyt MakKormikin ona yolladığı intim SMS-lər və lüt fotolar az deyil.
 

Dünən axşam Meri Feyt MakKormik 50 min dolların müqabilində məhkəməyədək pullu zaminə buraxılıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.