Dünya

"Buzlu su" kampaniyasının banisi boğuldu

21 Avqust 2014 13:44
1 Şərh     Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ALS xəstələrinə dəstək məqsədilə başlayan və "Ice Bucket Challenge" ("Bir vedrə buz çağırışı" kampaniyasının banisi, 27 yaşlı amerikalı Kori Qriffin dənizdə boğulub.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, kampaniyaya qoşulan məşhurlar videokamera qarşısında tanıdıqları ən azı 3 kişiyə "meydan oxuyan"dan sonra bir vedrə buzlu suyu başlarından aşağı tökürlər.
 

Meydan oxuyandan sonra başından buzlu su tökməyən adam ALS xəstələrinə yardım fonduna 100 dollar köçürməlidir.
 

Bostonlu K.Qriffinin yaxın dostu Pet Freyts ALS xəstəliyinə tutulandan sonra o, belə kampaniyaya başlamışdı.
 

Massaçusets ştatındakı Nantaket bölgəsində istirahət edən Qriffin ikimərtəbəli evin damından suya atılıb və boğulub.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.