Dünya

Ermənistanın qazı kəsildi

21 Avqust 2014 12:48
0 Şərh     Baxış: 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gürcüstan ərazisində baş vermiş torpaq sürüşməsi ucbatından Ermənistana qaz verilməsi dayandırılıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən axşam saat 23:45-dən etibarən Rusiya qazı bu ölkəyə çatmır.

Avqustun 20-də Gürcüstanın Fövqəladə Hallar Nazirliyi Stepantsmind-Lars yolunda torpaq sürüşməsi barədə xəbər yaymışdı.

Hazırda sürüşmə zonasında bərpa işləri aparılır.

"Qazprom Armenia" şirkətinin məlumatına əsasən, təchizat bərpa olunana qədər daxili ehtiyat hesabına ölkə qazla təmin ediləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.