Dünya

Türkiyədə bu gün yeni baş nazir təyin ediləcək

21 Avqust 2014 10:54
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədalət və İnkişaf partiyasının bu gün baş tutacaq yığıncağına baş nazir Ərdoğan başçılıq edəcək

Ədalət və İnkişaf partiyasının baş nazirin təyini üzrə fövqəladə konqresi 27 avqustda keçiriləcək.

Anspress-in məlumatına görə, bu konqresdə irəli sürüləcək ümumi başçı namizədinin isə bugünkü Partiya Mərkəzi İcra heyəti konfransında müəyyənləşdirilməsi gözlənilir.

Yığıncağın əhəmiyyətli gündəm maddəsi Ərdoğandan sonra ümumi başçı namizədin, yəni baş nazirin kim olacağının müəyyənləşdirilməsidir. Əlaqədar qiymətləndirmələrin ardından ümumi başçı namizədin ictimaiyyətə açıqlanması gözlənilir. Sürpriz bir inkişaf olmadığı təqdirdə bu adın hazırki xarici işlər naziri Əhməd Davudoğlu olacağı gözlənilir.

Əsaslı qərarı alacaq olan konfrans üzvləri isə bunlardır: Rəcəb Tayyib Ərdoğan, Məhmət Ali Şahin, Süleyman Soylu, Mustafa Şəntop, Hüseyn Çəlik, Yasin Aktay, Nükhət Hotar, Abdulhəmid Gül, Numan Qurtulmuş, Saleh Kapusuz, Nurəddin Nəbati, Əkrəm Erdəm, Haluk İpək, Nurətdin Canikli, Mustafa Elitaş, Mihrimah Səlma Sətir , Əhməd Aydın, Mahir Ünal, Güldal Akşit və Zəfər Çubuklu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.