Dünya

Amerikalı jurnalistin başını o kəsdi - FOTO

21 Avqust 2014 10:03
0 Şərh     Baxış: 2 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya və İraq ərazilərinin bir hissəsini ələ keçirmiş "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının başını kəsdiyi amerikalı jurnalist Ceyms Fouli ilə bağlı araşdırmalar sürətlənib.
 

Reportyorun başının kəsildiyi anların əks olunduğu video internetdə yayılandan sonra İŞİD amerikalıları hədələmiş, Birləşmiş Ştatların rəhbərliyinə ultimatum verərək İraqdakı hərbi əməliyyatların dayandırılmasını tələb etmişdi.
 

Suriyada oğurlanan və İŞİD-ə əsir düşən Ceyms Foulini edam edən, əynində qara paltar, üzündə qara maska olan terrorçunun kimliyi bəlli olub.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, britaniyalı hərbi ekspertlərin fikrincə, həmin şəxs Britaniya vətəndaşı, "Qara bitl" (Black Beatle") ləqəbi ilə tanınan London sakini Condur.
 

Con Londonu tərk edərək Suriyaya yollanmış, İŞİD-ə qoşulmuş və bu terror qruplaşmasının tərkibindəki britaniyalı vəhhabilərdən ibarət "The Beatles" dəstəsinin üzvü olmuşdu.
 

Ekspertlər hesab edirlər ki, İŞİD amerikalı reportyorun cəlladı qismində bilərəkdən "Qara bitl"i seçib. Terrorçular videoda ingilis dilinin Britaniya ləhcəsi ilə danışan terrorçu vasitəsilə sıralarında ən müxtəlif ölkələrin vətəndaşlarının olduğunu, "populyar"lığını göstərmək istəyiblər.
 

Skotland Yard hesab edir ki, hazırda İŞİD sıralarında 500 britaniyalı var.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.