Dünya

Çılpaq selfi çəkdirən müəllim işdən qovuldu

21 Avqust 2014 10:18
1 Şərh     Baxış: 4 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkədə paylaşılan şəkil başına bəla oldu

Rusiyada yaşayan müəllimlərdən biri gənclərin sosial şəbəkədə yaratdığı "selfie" axınına biganə qala bilməyib.

Anspress-in məlumatına görə, Rusiyada musiqi tədrisi ilə məşğul olan Yelena Kornisonkova adlı qadın İspaniyada tətildə olarkən, sosial şəbəkədə çılpaq şəkildə özünün çəkdiyi fotonu paylaşıb.

Onun sosial şəbəkədə fotoşəkli paylaşmasından sonra izləyiciləri də paylaşmağa başlayıblar. Qısa müddət ərzində 76 min dəfə paylaşılan fotoşəkil müəllimin işlədiyi məktəbdə söz-söhbətə gətirib çıxarıb. Hamı onun bu hərəkətindən xəbərdar olub.

Məktəb müdiriyyəti isə müəllimin tətildən qayıtmasını gözləmədən işdən çıxarılması barədə qərar verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.