Dünya

Ukrayna və ABŞ Donbası müzakirə ediblər

21 Avqust 2014 13:28
0 Şərh     Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərəflər Ukraynaya hərbi köməyin çatdırılmasını müzakirə ediblər

Amerika hərbi qurumunun başçısı Çak Hegel ukraynalı həmkarı Valeri Qeleteylə telefon danışığı aparıb.

Anspress-in məlumatına görə, telefon danışığında əsas mövzu Ukraynanın şərqindəki vəziyyətin qiymətləndirilməsi olub. Pentaqonun press-relizində qeyd edilir ki, eləcə də ABŞ-ın Ukraynaya hərbi köməyinin çatdırılması da müzakirə mövzusu olub.

Telefon söhbətində Hegel bildirib ki, "Atəşkəs barədə hər hansı danışıqlarda Ukrayna tərəfinin iştirakı vacibdir".

Xatırladaq ki, 2014-cü ilin fevral ayında Ukraynanın şərqində hökumətə qarşı kütləvi aksiyalar Ukrayna ordusu və özlərini yeni dövlət kimi elan edən rusiyayönlü silahlı qruplaşmalar tərəfindən müharibəyə çevrilib.

Hadisələrin bu cür inkişaf etməsində Rusiya və Ukrayna tərəfi bir-birini ittiham edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.