Dünya

Fransua Olland İŞİD-ə qarşı mübarizə üçün beynəlxalq konfrans çağırdı

20 Avqust 2014 15:42
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa prezidenti İŞİD-ə qarşı mübarizə üsullarını müzakirə etmək üçün beynəlxalq konfrans çağırıb

Fransa Prezidenti Fransua Olland "İslam Dövləti" (İŞİD) qruplaşmasına qarşı mübarizə mövzusunda müzakirələrin aparılması üçün beynəlxalq konfrans çağırıb.

APA-nın "Le Monde" qəzetinə istinadən verdiyi xəbərə görə, Fransa Prezidenti konfransın nə zaman keçiriləcəyini və kimlərin dəvət olunduğunu açıqlamayıb.

F.Olland radikal islamçı qruplaşmaya qarşı qlobal strategiyanın hazırlanmasının vacibliyi vurğulayıb: "Biz artıq müdaxilə və ya qeyri-müdaxilə məsələsinin ənənəvi müzakirəsinə uzun müddət davam edə bilmərik. Biz yaxşı silahlarla təchiz olunmuş, maliyyə vəsaiti olan, Suriya, Livan, İraq kimi dövlətlərdə nəzarəti ələ almaqda olan bir qrupla mübarizə aparmaq üçün qlobal strategiya hazırlamalı və mübarizə aparmalıyıq. Düşünürəm ki, 2001-ci ildən bu zamanadək rastlaşdığımız ən pis vəziyyətdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.