Dünya

Yaponiyanın məşhur avtomobil markalarına ağır cəza

20 Avqust 2014 15:22
0 Şərh     Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hitachi, Nachi, Mitsubishi Electric, Mitsuba və Yazaki şirkətlər bu Çin hökumətinin qəzəbinə tuş gəlib.

Çin hökuməti 12 Yaponiya şirkətini 201 milyon dollar dəyərində cərimələyib.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Çinin İnkişaf və İslahat üzrə dövlət Komitəsi bəyan etmişdi ki, araşdırma nəticəsində həmin 12 yapon şirkətinin inhisarçı fəaliyyəti üzə çıxıb. Ancaq Hitaçi və Nachi şirkətləri cəzadan yayına biliblər. Çünki onlar inhisarçılıq razılaşması barədə etiraf edərək müvafiq sənədləri təqdim ediblər. Digər şirkətlər isə 29 milyondan 290 milyon yuan məbləğində cərimə ödəməlidirlər.

Son dövrlər Çin hökuməti xarici şirkətlər üzərində nəzarəti gücləndirib. Ötən həftə anoloji ittihamla BMW avtomobil istehsalçısının dilerləri 260 min dollar cərimələnib. Daha bir alman şirkəti Audi-ni isə 218 milyon avro cərimə gözləyir. Mercedes-Benz,  Audi, BMW və Daimler şirkətlərini də anoloji araşdırma gözləyir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.