Dünya

Moskva heyrət içində: Məşhur bina Ukrayna bayrağı rəngdə - FOTO

20 Avqust 2014 14:56
0 Şərh     Baxış: 1 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın paytaxtı Moskvanın mərkəzində Sovet dövrünün göydələnlərindən birinin qülləsinin üzərindəki SSRİ gerbi Ukrayna bayrağı rəngdə boyanıb

AzNews.az-ın məlumatına görə, paytaxt sakinləri səhər açılanda Stalin dövrünün yadigarı olan, xüsusi memarlıq nümunəsi ilə seçilən və Moskvanın uzun illər simvollarından sayılan binanın qülləsindəki gerbin Ukraynanın Dövlət Bayrağının rəngində boyandığını görüblər.

Moskvalıları şoka salan bu hadisənin araşdırılmasına dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hazırda paytaxt meriyası boyanı silməyə çalışır.

Hüquq-mühafizə orqanlarındakı mənbə isə yerli mediaya deyib ki, artıq hadisə ilə bağlı polis idarəsinə bir neçə gənc gətirilib. Gənclərin hadisənin törədilməsinə bağlılıqları olduğu ehtimal olunur.

Moskva meriyası isə hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Xatırladaq ki, bu bina paytaxtın mərkəz hissəsində Moskva çayının yaxınlığında "Kotelniçeski sahili" adlı ərazidə yerləşir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.