Dünya

Dəhşətli kadrlar: yetimlərə divan tutulur - VİDEO +18

20 Avqust 2014 12:48
7 Şərh     Baxış: 3 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdəki uşaq evlərindən birində baş vermiş hadisə ilə bağlı çox böyük qalmaqal yaşanır. İş o yerə çatıb ki, həmin uşaq evini hərbçilər qoruyur, yaxın məhəllələrdə isə xüsusi təyinatlı polislər keşik çəkirlər.
 

Minlərlə, on minlərlə insan bu uşaq evində çalışmış tərbiyəçi müəllimi ələ keçirmək istəyir.

"O əclafı öldürmək, tikə-tikə etmək gərəkdir!" - uşaq evinin ətrafındakı yüzlərlə insanın ümumi tələbi belədir.
 

Milli.Az Əl Əhram-a istinadən bildirir ki, Misirin Giza şəhərindəki uşaq evlərindən birində tərbiyəçi-müəllim Usama Məhəmməd Osman yetimlərə divan tutub.
 

Ən kiçiyi 3, ən böyüyü isə 5 yaşında olan, valideynlərini ölkədəki iğtişaşlar və mitinqlərdə itirmiş, yetim qalmış uşaqları dəhlizə yığan Usama onları mətbəxdə "yoxa çıxmış" yarımçıq peçenye qutusuna görə sorğu-suala tutur.
 

"Kim yedi o peçenyeləri, hə?! Cavab verin, əclaflar, murdarlar, it uşaqları! O qutuda 4 peçenye vardı və həmin peçenyelər də mənimdi! Hanı o peçenyelər, fahişələrin doğduqları murdarlar?! - bağıran Usama qorxularından küncə qısılmış uşaları bir-biri dartır, əlindəki ağacla əvvəlcə onların əllərinə, sonra da bellərinə vurur.
 

Bununla da ürəyi soyumayan Usama Məhəmməd Osman döydüyü uşaqları təpikləyir.

4 yaşlı Yusif Səhlan başından təpik zərbəsi alır, 5 yaşlı Məryəm isə təpiklə vurulub bir kənara atılır.
 

Usama Məhəmməd Osman həbs olunub. Onun saxlandığı müvəqqəti istintaq təcridxanasının yeri və adı açıqlanmır.
 

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.