Dünya

Məryəm Üzərli qızının üzünü göstərdi - FOTO

20 Avqust 2014 12:41
0 Şərh     Baxış: 1 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qızı Laranın üzünü göstərməyən Məryəm bu dəfə izləyicilərinə sürpriz edib

Türkiyədə yayımlanan "Muhteşem yüzyıl" serialında canlandırdığı Hürrəm Sultan obrazından sonra məşhurlaşan almaniyalı aktrisa Məryəm Üzərli çoxdandır gözlənilən addım atıb.

Anspress-in məlumatına görə, "tükənmişlik" sindromu ilə Türkiyədən vətəninə qayıdan sənətçi sosial şəbəkədə qızı ilə yeni fotosunu paylaşıb. Bu günə qədər 5 aylıq qızı Laranın üzünü göstərməyən Məryəm bu dəfə izləyicilərinə sürpriz edib. Pərəstişkarları Laranın üzü də görünən şəkili gördükdə onun anasına bənzədiyini deyiblər. Sözügedən fotonu sizə təqdim edirik.

Qeyd edək ki, hamilə olduğu zaman M. Üzərlini tərk edən sevgilisi Can Atəş ötən günlərdə Almaniyaya, onların yanına gedib. Daha sonra isə ad gününü qeyd edən aktrisaya gül dəstəsi göndərib. Baş verənlərdən sonra Məryəm yalnız qızı üçün Can ilə normal münasibətdə olduğunu deyib.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.