Dünya

Uruqvay prezidenti 15 il yatdığı həbsxanaya yenidən qayıtdı

20 Avqust 2014 11:29
Baxış: 1 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Uruqvay prezidenti Xose Muxika ömrünün 15 ilini keçirdiyi Misan şəhərindəki həbsxananı ziyarət edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Uruqvay lideri 1970-1980-ci illərdəki diktatura dövründə həmin yerdə məhbus olub. O, diktatura rejiminə qarşı üsyanda iştirak etdiyi üçün həbs olunmuşdu.

"Sayqon süqut edəndə göz yaşlarımı saxlaya bilmirdim. Böyük həyəcan var idi, ancaq mən bütün bunları televizorda gördüm", - o prezident deyib.

Həbsxanaya nəzər salan Uruqvay prezidenti jurnalistlərə bildirib ki, həbsdə yatdığı kamera, demək olar ki, dəyişməyib.

Muxika Latın Amerikası dövlətlərindəki ən ekstravaqant prezidentdir. Onu dünyada ən kasıb prezident adlandırırlar. O əmək haqqını bütünlükdə xeyriyyə işlərinə xərcləyir. Bu yaxınlarda isə öz iqamətgahını suriyalı qaçqın uşaqlar üçün sığınacaq edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.