Dünya

Tələbəyə dəfnində toy edildi, cənazəyə xına yaxıldı - VİDEO - FOTO

20 Avqust 2014 12:34
36 Şərh     Baxış: 17 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Mersin vilayətində tələbə Mehmet Deniz Sınarın dəfn mərasimini yerli sakinlər uzun müddət unutmayacaqlar.
 

Avqustun 1-də avtomobil qəzasına düşmüş Mehmet Deniz xəstəxananın reanimasiya bölməsində 18 gün qalmış, həkimlər onu ölümün cəngindən almağa çalışmışdılar.
 

Heyhat, cəhdlər heç bir nəticə verməyib.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, avqustun 1-də İsmet İnönü Bulvarında dostu Oğuz Kalenderlə küçəni keçməyə çalışanda onları 16 yaşlı D.A.-nın idarə etdiyi maşın vurmuşdu.
 

Mehmet Deniz Sınarı ailəsi zurna, nağara sədaları altında dəfn edib. Cənazə evdən çıxarılanda isə mərhum tələbənin anası oğlunun cənazəsinə xına yaxıb, ağlayaraq rəqs edib.
 

Milli.Az 

Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.