Dünya

Mosul bəndini Bərzaninin oğlu da qoruyur

20 Avqust 2014 10:49
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mənsur Bərzaninin tabeliyində olan xüsusi qüvvələr ərazidə keşik çəkirlər

İraq ordusu və kürdlərin dünən azad etdiyi Mosul bəndinin İŞİD-in hücumlarından müdafiəsi istiqamətində işlərə başlanılıb.

Anspress-in məlumatına görə, İŞİD-in hücumlarının qarşısını almaq üçün əraziyə çoxlu sayda ordu qüvvələri xə xeyli sayda hərbi texnika cəmləşdirilib. Mosul şəhəri üçün strateji əhəmiyyəti olan su bəndinin qorunması üçün İraq əsgərləri və kürd yaraqlıları növbəli sistemə keçiblər.

Bu arada məlum olub ki, Mosul bəndinin müdafiə olunmasında Şimali İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzanin oğlu da iştirak edir. Belə ki, Mənsur Bərzaninin tabeliyində olan xüsusi qüvvələr ərazidə keşik çəkirlər.

Güclü təhlükəsizlik tədbirləri çərçivəsində mülki insanların bəndin ərazisinə girişi məhdudlaşdırılıb. Bununla belə jurnalistlərin əraziyə buraxılmasına icazə verilib.

Qeyd edək ki, Mosul bəndinin alınması üçün təşkil edilən hücum zamanı 23 İŞİD üzvü öldürülüb, 6 nəfər isə əsir götürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.