Dünya

Luqanskın günahı ortada qaldı

20 Avqust 2014 12:25
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhərdə son həftələr separatislər və Ukrayna qüvvələri arasında qızğın döyüşlər gedir

Ukrayna ordusu bildirir ki, rusiyapərəst separatçılar tərəfindən hücum olunan avtobusdan 17 cəsəd çıxarılıb.

Anspress-in "Amerikanın Səsi"nə istinadən məlumatına görə, ordu sözçüsü Andrey Lısenko bildirib ki, daha çox cəsədin çıxarılma cəhdləri bölgədə gedən döyüşlər səbəbi ilə təxirə salınıb.

Kiyev rəsmiləri uşaqlar da daxil olmaqla, onlarla insanın döyüşlərin getdiyi Luqansk şəhərindən qaçarkən Rusiya istehsalı minaatanlardan və raketlərdən atəşə tutulduğunu bildirib.

Separatçıların lideri ittihamları rədd və bunun Ukrayna qüvvələri tərəfindən törədildiyini iddia edir.

ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf hücumu pisləyərək, ərazidən qaçmaq istəyən günahsız sakinlərin döyüşlərin qurbanı olduğunu deyib. Xanım Harf bildirib ki, ABŞ kimin məsuliyyət daşıdığını müəyyən edə bilməyib.

Luqansk şəhəri son həftələr separatçılar və Ukrayna qüvvələri arasında qızğın döyüşlərin getdiyi bölgədir.

Bu arada, Avropa İttifaqı, Ukrayna və Rusiya liderlərinin avqustun 26-da Belarusun paytaxtı Minskdə görüşü planlaşdırılır.

Müzakirələr zamanı Ukrayna münaqişəsi və enerji təhlükəsizliyi gündəmə gətiriləcək. Bu haqda açıqlamanı Ukrayna prezidenti Petro Poroşenko verib. Görüşdə Gömrük İttifaqına üzv olan Qazaxıstan və Belarusun liderləri də iştirak etməlidirlər.

Kreml Rusiya prezidenti Vladimir Putinin də müzakirələrə qatıla biləcəyini bildirib. Avropa İttifaqının nümayəndə heyətinə qurumun xarici əlaqələr şöbəsinin rəhbəri Ketrin Eşton sədrlik edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.