Dünya

Britaniya İrana möhtac qaldı

20 Avqust 2014 11:35
0 Şərh     Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İŞİD bölgədəki ən böyük təhlükə mənbəyidir"

İngiltərənin eks-naziri bu işdə İrana möhtac olduqlarını bildirib.

Anspress-in məlumatına görə, İngiltərənin eks-xarici işlər naziri Malkolm Rikfild "Daily Telegraph"da yer alan məqalələrdən birində hazırda Yaxın Şərqdə təhlükə mövzusu olaraq qəbul edilən İslam Dövləti (İraq Şam islam Dövləti - İŞİD) terror qruplaşmasının fəaliyyətinə son qoymağın yolunu açıqlayıb. O, İŞİD-in hədələrindən qurtulmaq üçün Londonun Tehranla iş birliyi etməsinin vacibliyini vurğulayıb.

İngilis diplomatın fikrincə, İran bu gün İraqı qorumaq üçün iş birliyinə razı olmalıdır.

"Eləcə də, İŞİD-in bölgədə mövcudluğu Suriya və İraq kimi İran üçün də təhlükə mənbəyi hesab edilməlidir", - deyə Rikfild sözlərinə əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.