Dünya

Roma Papasının qohumları həlak oldular - FOTO

20 Avqust 2014 11:45
0 Şərh     Baxış: 1 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Katolik Kilsəsinin rəhbəri, Papa 1-ci Fransiskin qohumları avtomobil qəzasında həlak olublar.
 

Milli.Az Globo-ya istinadən bildirir ki, hadisə Argentinanın Kordova vilayətindəki Ceyms Kreyk şəhərinin yaxınlığında, paytaxt Buenos-Ayresdən 550 km aralıda baş verib.
 

Roma Papasının qardaşı oğlu Orasio Emanuel Berqolyonun idarə etdiyi maşını yük avtomobili vurub.
 

O.Berqolyo ağır yaralanıb, onun arvadı və iki övladı həlak olublar. Həlak olmuş uşaqlardan biri 2 yaşlı, o biri isə 8 aylıq idi.

Əsl ad və soyadı Xorxe Mario Berqolyo olan 1-ci Fransisk 2013-cü ilin martın 13-də Roma Papası seçilib.
 

Vatikan təmsilçisi Federiko Lombardi bildirib ki, Roma Papası olaydan çox kədərlənib və həlak olmuş qohumları üçün dua edir.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.