Dünya

Vəhhabi şeyxdən əxlaqsız fətva - VİDEO

19 Avqust 2014 12:22
13 Şərh     Baxış: 9 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin tanınmış din xadimlərindən biri, ölkədəki sələfilərin liderləri arasında yer alan şeyx Usama əl Kavsinin son fətvası qalmaqala səbəb olub.
 

Milli.Az Memri TV-yə istinadən bildirir ki, əl Kavsinin fətvasına görə, müsəlman kişi evlənmək niyyətində olduğu qadını nikahdan əvvəl hamamda çimərkən gizlicə güdə bilər.
 

"Gerçəkdən də niyyəti saf və səhih olan kişilər nikahla arvad etmək niyyətində olduqları qadını və ya qızın vücudunda qüsurlar olmadığını yəqin etmək üçün bu müslüməni hamamda çimərkən güdə bilər. Kişi bunu edərkən gizlənməli, yerini bəlli etməməlidir", - sələfi şeyxin fətvasında deyilir.
 

Usama əl Kavsi daha sonra bildirib ki, filmlərdə və videokliplərdə qadınların tam çılpaq olduğu səhnələrə baxmaq da "mömin müsəlman kişi üçün günah, yaxud haram sayılmaz": "İnsan ağlı olan məxluqdur. 

Əxlaq və islah əsas məsələdir. Bir var niyyət, bir var əməl. İnsan əməlinə nəzarət edirsə, nəfsinin qurbanı deyilsə, onun çılpaq qadınların görüntülərinə baxmasında qəbahət yoxdur. Başlıca məqam ədəbi gözləmək, əmələ nəzarət etməkdir".
 

Misirin dini işlər naziri Məhəmməd Muxtar sələfi şeyxin fətvasını əxlaqsızlıq adlandırıb: "Bir qadın hamamda çimərkən onu güdmək kişilikdir?! Belə hadisənin qızınızın başına gəlməsini istərdinizmi?!"
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.