Dünya

Britaniyalı nazir Fələstinə görə istefa verdi

5 Avqust 2014 15:01
0 Şərh     Baxış: 1 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Böyük Britaniyadakı ilk müsəlman nazir Səidə Varsi istefa verib. Xanımın bu addımına səbəb rəsmi Londonun Fələstin-İsrail münaqişəsi ilə bağlı tutduğu mövqedir.

Baronessa Varsi Britaniya hökumətində dövlət naziri postunu tuturdu. Siyasətçi istefası ilə bağlı özünün Twitter hesabında məlumat yayıb.

"Çox dərin təəssüf hissi ilə bu səhər baş nazir Devid Kemerona istefa ərizəmi təqdim etdim. Mən artıq hökumətin Qəzza sektoruna dair siyasətini dəstəkləyə bilmərəm", - o vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.