Dünya

Saakaşvili barəsində həbs hökmü çıxarıldı

2 Avqust 2014 09:03
0 Şərh     Baxış: 1 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tiflis şəhər məhkəməsi qiyabi olaraq Gürgüstanın keçmiş prezidenti Mixail Saakaşvili barəsində həbs hökmü çıxarıb.

APA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, beləliklə, məhkəmə Gürcüstan Baş Prokurorluğunun tələbini təmin edib.

Qeyd edək ki, iyulun 28-də Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. İyulun 29-da isə sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, "İmedi" telekanalını viran etmə və bu telekanalın təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətinin əlindən alınması ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb.

Mixail Saakaşvili 2013-cü ilin noyabrında yeni prezidentin inauqurasiyasından sonra ölkəni tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.