Dünya

İŞİD terrorçuları Hz. İbrahimin (ə) məqamına hücum etdi, lakin...

1 Avqust 2014 21:37
1 Şərh     Baxış: 2 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terror qruplaşması Babildə olan Hz. İbrahim məqamını dağıtmağa cəhd göstəriblər. Lakin İraq ordusunun müvəffəqiyyətli əməliyyatı nəticəsində bu cəhdin qarşısı alınıb.

Milli.Az islam.az-a istinadən bildirir ki, Babil ətrafında uçuş həyata keçirən İraq ordusuna mənsub vertolyotlar terrorçuların Hz.İbrahim məqamına hücum planını dəf edilər. Məlumata görə, 30-dan çox terrorçu öldürülüb və qalanları geriyə çəkilməyə məcbur olublar.

Qeyd edək ki, terrorçular bundan əvvəl Neyneva bölgəsində Hz.Adəmin oğlu Hz.Şeysin məqamı, Hz.Cərcis peyğəmbərin məqamı və Hz.Yunus peyğəmbərin məqamı da olmaq üzrə bir çox tarixi və mənəvi dəyəri olan türbələri, məscidləri, kilsələri və hüseyniyələri dağıtmışdılar.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.