Dünya

ABŞ Dövlət Departamentindən viza problemi ilə bağlı bəd xəbər

1 Avqust 2014 15:44
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Viza sistemində yaranmış problemlərin aradan qaldırılması üçün ən azı bir neçə həftə vaxt lazım olacaq"

APA-nın məlumatına görə, bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəisinin müavini Mari Harf deyib.

Mütəxəssislərin kompüter sistemindəki nasazlıqların aradan qaldırılması istiqamətində çalışdıqlarını bildirən M.Harf qeyd edib ki, ötən günlər ərzində vətəndaşlardan xeyli sayda müraciət yığılıb və bu üzdən tezliklə problemin aradan qaldırılması mümkün olmayacaq.

Diplomat sistemdəki nasazlıqdan zərər çəkən əcnəbilərin sayını açıqlaya bilməsə də, iyulun 22-dən 28-dək 180 min vizanın verildiyi, halbuki, bu müddət ərzində müvafiq göstəricinin 370 min proqnozlaşdırıldığını vurğulayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.