Dünya

Davudoğlu: "Türkiyə Qəzzada uzunmüddətli sülhə nail olmaq üçün səy göstərir"

1 Avqust 2014 14:36
0 Şərh     Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Qəzzada uzunmüddətli sülhə nail olmaq üçün səy göstərir

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə rəhbərliyi ABŞ-ın dövlət katibi Con Kerri və Qətərin xarici işlər naziri Xalid Məhəmməd əl-Atiya ilə Qəzza sektorunda böhranın aradan qaldırılması məsələsi ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, avqustun 1-də İsrail Qəzza sektorunda BMT-nin baş katibi Pan Gi Munun və ABŞ-ın dövlət katibi C.Kerrinin təklif etdiyi üç günlük humanitar barışığa razılıq verib.

C.Kerri Hindistana səfəri zamanı tərəflərin 1 avqust saat 08:00-dan etibarən atəşkəs barədə razılığa gəldiyini bəyan edib.

Bir müddət əvvəl Fələstin müqavimət hərəkatının bütün fraksiyalarının Qəzzada İsraillə 72 saatlıq barışığa razılıq verdiyini HƏMAS da təsdiqləmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.