Dünya

Ermənilər Sarkisyanı "marionetka", özlərini "qurban" kimi görürlər

1 Avqust 2014 14:39
0 Şərh     Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyaya qarşı artan Amerika və Avropa təzyiqləri fonunda Ermənistan qorxuya düşüb. Qərblilər yeni sanksiyalarla Rusiya iqtisadiyyatını dizə gətirməyi hədəfləyirlər. Bu isə Ermənistana sərt şillə olacaq.

Amerikanın Yerevanda yerləşən səfirliyi yeni antirusiya sanskiyaları ilə bağlı Ermənistan rəhbərliyi və biznesmenlərinə məlumat verib. Onlar erməni iş adamlarını Rusiya ilə hər hansı sövdələşmə, fəaliyyət və işdən çəkinməyə çağırıblar.

Milli.Az bildirir ki, Serj Sarkisyan və onun rəhbərlik etdiyi rejim isə çıxılmaz vəziyyətdə qalıb. Regiondakı yaxın qonşusu və ən böyük himayədarı Rusiyanı geri çevirməyə onun cəsarəti çatmaz. Çünki çiynində rus əli hiss etmədiyi gün Ermənistanın qara günüdür. Buna görə də Serj Azatoviç ölkəsinin Rusiya ilə münasibətlərini hər zaman yaxşı saxlamaq istəyir və bunun üçün hər şeyə gedir.

Amerika isə dünyanın hegemon dövlətidir və Qafqaz regionunda söz sahiblərindən biridir. Ermənistanın Amerikanın tələbinə etiraz edib ondan uzaqlaşması ölkənin başına qara buludlar çökdürə bilər. Ölkənin hal-hazırkı durumu "yuxarı baxsam, bığ, aşağı baxsam, saqqaldır" deyimi ilə uzlaşır.

Ölkənin bu vəziyyəti əhalini də narahat edir. Rejimin sərbəst qərar verə bilməməsi, diktə altında hərəkət etməsi ermənilərin tənqid hədəfinə çevrilib. Onlar azad ölkənin vətəndaşı olmadıqlarını deyirlər. Ermənilər Sarkisyandan müstəqil qərar verən prezident olmağı, "qurbana" çevrilən ölkəni "yırtıcıların" əlindən almağı tələb edirlər. Onların fikrincə, Ermənistan regiondakı qonşuları kimi öz ayaqları üzərində durmağı bacarmalıdır, heç kəsin marionetkası olmamalıdır. Müstəqillik irəli getmək üçün yeganə yoldur.

Müşviq Mehdiyev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.