Dünya

Azərbaycanlı kişi 13 yaşlı qızı meşədə zorladı

1 Avqust 2014 12:21
4 Şərh     Baxış: 2 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Faktla bağlı polis 42 yaşlı azərbaycanlını saxlayıb

Rusiyanın Samara şəhərində 13 yaşlı qız zorlanıb.

Anspress-in məlumatına görə, qızın 42 yaşlı azərbaycanlı tərəfindən təcavüzə məruz qaldığı iddia edilir.

Polisə verilən məlumata görə, iyunun 20-də qız sözügedən azərbaycanlı ilə tanış olub. Onlar iyulun 23-də isə dostları ilə birlikdə meşəyə gəzintiyə çıxıblar.

Təcavüzə məruz qalan qız bildirib ki, meşədə günorta saatlarında zorlanıb: "Nahar vaxtı spirtli içki içdik. Sonra yuxuya getdim. Ayılanda gördüm ki, yeni tanışım məni zorlayıb".

Gəzintidən evə qayıdanda qız baş vermiş hadisəni rəfiqəsinə, daha sonra isə valideynlərinə danışıb. Valideynlər isə dərhal polisə şikayət ediblər.

42 yaşlı azərbaycanlı saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.