Dünya

İsraillə Həmas razılığa gəldilər

1 Avqust 2014 09:19
0 Şərh     Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsrail və "Həmas" Qəzza zolağında 72 saatlıq atəşkəs rejimi barədə razılığa gəliblər.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri və BMT-nın baş katibi Pan Gi Munun birgə bəyanatında bildirilir.
 
"Biz tərəfləri atəşkəsin başlanmasına qədər təmkinli olmağa, atəşkəs müddətində isə öz öhdəliklərinə əməl etməyə çağırırıq", - bəyanatda deyilir.
 
Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, Qəzza zolağında 23 gün davam edən döyüşlərdə 1 440 nəfər ölüb, 8 295 nəfər yaralanıb.

Milli.Az
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.