Dünya

İsrail Qəzzada daha bir məktəbi bombaladı - VİDEO

1 Avqust 2014 09:11
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsrail ordusu Beit Lahiya bölgəsində Birləşmiş Millətlər Təşkilatına (BMT) aid daha bir məktəbi vurub.

APA TV-nin məlumatına görə, daha çox qadın, yaşlı və uşaqların olduğu məktəbdə ölən olmasa da, 30 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya qaldırılıb. İsrailin mülki vətəndaşları hədəfə alması yenidən sərt reaksiyalara səbəb olub.

Xatırladaq ki, iki gün əvvəl də İsrail ordusu BMT məktəbinə hücum etmişdi. Həmin hücumda 20 nəfər ölmüşdü. İsrail tərəfi bu əməliyyatı səhvən etdikləri ilə bağlı açıqlama yaymışdı.

Qeyd edək ki, Qəzzada 8 iyuldan bu yana ölən fələstinlilərin sayı 1372-ə, israil əsgərlərinin sayı isə 56-a çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.