Dünya

Gürcüstan 154 milyon borca düşdü

1 Avqust 2014 09:15
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BVF Gürcüstana 154 milyon kredit ayırdı. Dərhal veriləcək ilk tranş 62 milyon dollar olacaq

Beynəlxalq Valyuta Fondu Gürcüstana 3 il müddətinə 154 milyon dəyərində kreditin verilməsini qəbul edib.

Anspress-in məlumatına görə, dərhal ayrılacaq ilk tranş 62 milyon təşkil edir. Proqram makroiqtisadi risklərin azaldılması, iqtisadi yüksəliş və iqtisadiyyatın xarici təzyiqlərə dayanınıqlılığı üçün nəzərdə tutulub.

Fondun direktor müavini Min Çju bildirib ki, Gürcüstan bundan əvvəlki proqramlarda iqtisadi islahatlara can atdığını nümayiş etdirib. Fiskal Siyasət qısamüddətli perspektivlərdə yüksəlişə nail olmağa yönəldilir ki, bu da vergilərin azaldılması deməkdir. Lakin BVF-in proqramı ən əsası orta müddətli perspektivdə büdcədə olan kəsirin azaldılması üçün nəzərdə tutulub.

"Struktur islahatlar proqramın məqsədi olan rəqabətə dözümlüyü və biznes mühitinin yaxşılaşdırılması yönündə vacib irəliləyiş etməlidir. Bu konteksdə Gürcüstanın azad ticarət barədə və AB assosiasiyası ilə sazişinin imzalanması ilə ölkənin daha dərindən avrointeqrasiyasının göstəricisidir", - deyə Min Çju qeyd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.