Dünya

Zooparkda faciə: pələng 11 yaşlı oğlana hücum çəkdi - VİDEO - FOTO

1 Avqust 2014 09:56
5 Şərh     Baxış: 3 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər şey bir anda baş verdi. 11 yaşlı oğlan qəflətən yerə yıxıldı, qan içində çırpınmağa, qışqırmağa, inildəməyə başladı.

"Ölürəm! Tanrım, ölürəm! Qolumu hiss etmirəm!" - uşağın qışqırtısına ətrafdakılar yığışmışdılar.
 

Milli.Az Catve-yə istinadən bildirir ki, hadisə Braziliyanın Kaskavel şəhərindəki zooparkda baş verib.

11 yaşlı oğlan atası və 3 yaşlı qardaşı ilə birlikdə zooparka gəlmişdi.
 

Onlar zooparkı dolaşdılar və pələnglərin saxlandığı volyerin qarşısına gəldilər.

Burada ata, böyük oğluna iki ət tikəsi verdi və "Apar, pələng yesin" söylədi.
 

11 yaşlı oğlan da volyerə tərəf gedib, sağ əlini barmaqlıqların arasından içəri salaraq ətləri pələngə atıb.

Barmaqlıqlara yaxınlaşan pələngi sığallayan oğlan gülürdü.
 

Fəqət pələng qəflətən oğlana hücum çəkib və onun qolunu dişləyərək dirsəkdən qoparıb.

Təcili yardımla xəstəxanaya aparılmış oğlanın sağ qolu dirsəkdən amputasiya olunub.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



 
 



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.