Dünya

Dünyanın ən dəhşətli silahı tapıldı - FOTO

1 Avqust 2014 11:43
0 Şərh     Baxış: 3 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarkanın Skannerborq şəhərinin yaxınlığında aparılan arxeoloji-qazma işləri zamanı unikal tapıntı aşkarlanıb.
 

Arxeoloqların dediklərinə görə, 2 min il əvvələ aid məzardakı qalıqlar "dünyanın ən dəhşətli silahı" sayıla bilər.


Daha doğrusu, məzarda qədim inanclara görə, "tanrıların silahı" sayılan sümüklər vardı.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Qədim Roma dövrünə aid məzarda çubuğa keçirilmiş 4 çanaq sümüyü var.

Alimlərin fikrincə, bu 4 nəfər döyüşdə öldürüləndən sonra qarşı tərəfin əsgərləri onları şaqqalayıblar və çanaq sümüklərini çubuğa taxıblar.


"Həmin vaxtlar burada yaşamış qəbilələrin inanclarına görə, qətlə yetirilmiş düşmənin ayaqları kəsiləndən sonra onun çanaq sümüklərinin ağaca keçirilməsi qaliblərin gücünü artırır, onları "ən dəhşətli silah" sahibi edirdi. Çox pis, dəhşətli ayin olsa da, geniş yayılmışdı", - arxeoloji-qazma işlərinin rəhbəri, Orhus Universitetinin professoru Mads Kahler Holst deyib.


Onun dediyinə görə, tapıntı Mosso gölünün sahillərində yaşamış qədim german qəbilələrinin irsidir.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.