Dünya

Əzablı yaşam: qolsuz ana və onun qolsuz balası - VİDEO - FOTO

1 Avqust 2014 13:06
4 Şərh     Baxış: 6 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ana və balanın qolları yoxdur. Onlar ayaqları ilə dişlərini təmizləyir, üzlərini yuyur, yeyir, qabları yuyur, hətta kompüter oyunları oynayırlar.

35 yaşlı amerikalı Linda Bennon iki qolu çiyindən olmadan doğulub.
 

Lindanın oğlu, 9 yaşlı Timmi də qolları olmadan dünyaya gətirib.

Ana və bala çox nadir xəstəlik sayılan Holt-Oram sindromuna (Holt-Oram Syndrome, HOS) mübtəladırlar.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, HOS xəstəsi olanlar qolsuz yaşamaqla yanaşı, sümüklərin inkişafındakı problemlər və ürək-damar sistemindəki fəsadlarla ömür sürürlər.
 

Linda Bennon ayaqları ilə qab yuyur, yemək bişirir, hətta makiyaj edir və paltar da tikir.
 

Linda deyib: "Riçardla 2004-cü ildə evlənəndə o, məni sevdiyini deyirdi. Qollarımın olmaması bəxtəvərliyimizə maneə yaratmadı. Əliləm, amma gözəl anlarım az deyildi. Sonra Timmi doğuldu. O, adi oğlanlardan, yaşıdlarından fərqlənmir. Sadəcə, qolları yoxdur. Evdə öhdəsinə düşən işləri görür, hətta kompüterdə oynayır, otağını səliqəyə salır. Timmi və mən ikilikdə yaşayırıq. Bu həyatda bir-birimizdən savayı həyanımız yoxdur".
 

ABŞ-ın Çikaqo şəhərinin sakini Lindanın sözlərinə görə, hamilə olanda ultrasəs müayinəsindən sonra həkimlr bətnindəki övladının iki qoldan məhrum olduğunu deyiblər, gələcək anaya abort təklif ediblər.
 

Çikaqoda 4 bacı və qardaşı ilə böyümüş Linda Bennon razılaşmayıb, övladını dünyaya gətirəcəyini deyib.

Timmi doğulanda onun ürəyində ciddi problemlər vardı. Körpə iki ay xəstəxanada müalicə olunandan sonra evə buraxılıb.
 

"Yaşamım barədə insanlara da danışmaq, motivasiya natiqi olmaq niyyətindəyəm. Timmiyə gəldikdə isə... Onun da ailə qurmasına, valideyn olmasına mane olacaq ciddi problem görmürəm", - Linda söyləyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.