Dünya

Maradonanın milyonları cibində qalacaq

31 İyul 2014 20:38
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neapolda 13 il davam edən məhkəmə prosesi başa çatdı

Neapol məhkəməsi Dieqo Maradona ilə bağlı qərar çıxarıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, argentinalı əfsanəyə qarşı "Equitalia" vergi agentliyinin 39 milyon avroluq iddiası rədd edilib.

1984-1991-ci illərdə İtaliyada yaşayan və "Napoli"nin şərəfini qoruyan Maradonanın vergidən yayındığını iddia edən "Equitalia" uzun illərdir ki, ona qarşı belə bir iddia ilə çıxış edirdi.

2001-ci ildən bəri davam edən məhkəmə çəkişmələri bununla sona çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.