Dünya

Donbas separatçılardan təmizlənir

31 İyul 2014 21:32
0 Şərh     Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, antiterror əməliyyatı zamanı ölkənin güc strukturları Donbasda 60 yaşayış məntəqəsini nəzarət altına alıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti administrasiyası açıqlama yayıb.

"Ukrayna prezidenti güc strukturlarının nümayəndələri ilə keçirdiyi görüş zamanı Donbasda 60 yaşayış məntəqəsinin azad olunmasını bildirib. Prezident şəxsi heyət arasında itkilərin minimuma endirilməsini və mülki əhalinin müdafiəsinin təmin olunmasının vacibliyini vurğulayıb", sənəddə deyilir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.